Al, yoxla, 7 günə dəyiş
Məhsulu al, 7 gün yoxla. Qane olmasan, eyni kateqoriyadan eyni və ya daha yüksək qiymətli fərqli modellə dəyiş.
*istisna məhsullara aid deyil
Necə işləyir?
Məhsulu aldıqdan sonra 7 gün ərzində test edə bilərsən.
Qane olmadığın halda məhsulu:
- eyni kateqoriyadan
- fərqli modelə
- eyni və ya daha yüksək qiymətli məhsula
1 dəfə dəyişə bilərsən.
Yeni məhsul dəyişdirildiyi gün qüvvədə olan aktual qiymətlə hesablanır.
Nələrə diqqət etməlisən?
Məhsul test məqsədilə istifadə oluna bilər. İstifadə zamanı yaranan normal izlər nəzərə alınır. Lakin məhsulda istifadəçi tərəfindən yaranmış qüsur, əzilmə, qopma və digər zədələr olarsa, dəyişdirilmə mümkün deyil. Məhsulun qutusu da yararlı vəziyyətdə saxlanılmalı və məhsulla birlikdə təhvil verilməlidir. Dəyişdirilmə mağazada texniki ekspertin təsdiqindən sonra həyata keçirilir.
Hansı məhsullara şamil edilmir?
7 günlük dəyişdirilmə xidməti aşağıdakı kateqoriyalara şamil edilmir:
smartfon, planşet, printer, aksesuar, gigiyenik məhsullar və iqlim texnikası.
Quraşdırılan məişət texnikasının demontaj xərci də xidmətə daxil deyil.
Ən çox verilən suallar:
Məhsulu geri qaytara bilərəm?
Xeyr. 7 günlük xidmət çərçivəsində məhsulu yalnız dəyişə bilərsən.
Eyni modeli yenisi ilə dəyişə bilərəm?
Xeyr. Dəyişdirilən məhsul eyni kateqoriyaya aid fərqli model olmalıdır.
Daha ucuz məhsulla dəyişə bilərəm?
Xeyr. Yeni məhsulun qiyməti əvvəlki məhsulla eyni və ya daha yüksək olmalıdır.
Məhsulu rənginə görə dəyişə bilərəm?
Xeyr. Yalnız rəng fərqinə görə dəyişdirilmə mümkün deyil.
Çatdırılma ilə aldığım məhsulda 7 gün nə vaxtdan hesablanır?
Məhsulun çatdırıldığı gündən etibarən.
Bu xidmət mövcud 14 günlük dəyişdirilmə və qaytarılma qaydalarını dəyişir?
Xeyr. Mövcud 14 günlük dəyişdirilmə və qaytarılma qaydalarında dəyişiklik yoxdur.