Alış-veriş et, ƏDV-ni geri al
Alış-veriş et, ƏDV-ni geri al
Kontakt-dan alış-veriş edəndə təkcə istədiyin məhsulu almırsan, ƏDV-nin bir hissəsini də geri ala bilirsən.
Ödəniş formasına görə sənə geri qayıdan məbləğ belə hesablanır:
- Kartla ödəniş etmisənsə, ƏDV-nin 17,5%-i
- Nağd ödəniş etmisənsə, ƏDV-nin 5%-i geri qayıdır.
Bəs ƏDV-ni necə geri alırsan?
Çox sadədir. Alış-verişdən sonra çekini götür və çekdəki fiskal ID-ni “ƏDV geri al” sisteminə əlavə et.
Məlumatlar yoxlanıldıqdan sonra sorğunun statusunu şəxsi kabinetindən izləyə bilərsən. Çekin tarixindən 30 gün sonra geri qaytarılan məbləğ virtual “pul qabı”na əlavə olunur.
Toplanan məbləği ödənişlərində istifadə edə və ya bank kartına köçürə bilərsən.
Çeki saxla, ƏDV-ni geri al
Kontakt-dan alış-veriş et, çekini qeydiyyatdan keçir və sənə geri qayıdan ƏDV-dən yararlan.
Məhsulu BOKT və Kapital Bank vasitəsilə kreditlə aldığın zaman ƏDV qəbzi sənə SMS vasitəsilə göndəriləcək və ƏDV-ni aylara bölmədən birbaşa ala biləcəksən.
Qeyd: “ƏDV geri al” Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir. ƏDV-nin geri qaytarılması yalnız sistemin tələblərinə uyğun alışlara şamil olunur.