Məhsul təsviri - iPhone 17 256 GB Sage
Dizayn və istifadə rahatlığı
iPhone 17 256 GB Sage müasir texnologiyaları və zərif görünüşü bir araya gətirir. Alüminium və şüşədən hazırlanan korpus smartfonu həm möhkəm, həm də toxunuş zamanı rahat edir. 149,6 × 71,5 × 7,95 mm ölçüləri və çəkisi sayəsində cihazı əlində rahat saxlaya və bir əllə asanlıqla idarə edə bilərsən. Sage rəngi isə smartfona fərqli və təravətli görünüş verir.
Ekran və görüntü
Smartfon 6,3 düymlük Super Retina XDR OLED ekranla təchiz olunub. 1206 × 2622 piksel təsvir ölçüsü parlaq və aydın görüntü təqdim edir. Rənglər dolğun, detallar isə real görünür. Bu ekran film izləmək, oyun oynamaq və şəkillərlə işləmək üçün uyğundur. IP68 səviyyəli suya və toza davamlıdır.
Məhsuldarlıq və yaddaş
Altınüvəli Apple A19 prosessoru və 8 GB əməli yaddaş yüksək işləmə sürəti təmin edir. Tətbiqlərin sürətli və axıcı işləməsinə kömək edir. 256 GB daxili yaddaş şəkilləri, videoları və vacib faylları rahat saxlamağa imkan verir. Smartfon iOS 26 əməliyyat sistemi ilə işləyir və bu sistem sabit işləmə ilə yanaşı ən son imkanlardan istifadə etməyə şərait yaradır.
Kameralar və çəkiliş imkanları
Əsas kamera
48 MP Fusion əsas kamera və 48 MP Fusion ultra genişbucaqlı kamera müxtəlif çəkiliş imkanları təqdim edir. Sensorun hərəkətinə əsaslanan optik sabitləşdirmə isə yalnız əsas kameraya aiddir və çəkiliş zamanı bulanıqlığın azalmasına kömək edir. Videoları saniyədə 60 kadradək 4K ölçüsündə çəkə, həmçinin saniyədə 240 kadradək 1080p yavaşladılmış çəkiliş rejimindən istifadə edə bilərsən.
Ön kamera
18 MP ön kamera özçəkilişlər və görüntülü zənglər üçün uyğundur. Üz cizgiləri təbii və aydın görünür.
Təhlükəsizlik və istifadə rahatlığı
Üz tanıma sistemi smartfonun kilidini sürətli və təhlükəsiz şəkildə açmağa imkan verir. NFC vasitəsilə toxunmadan ödəniş edə bilərsən. Nano SIM və eSIM dəstəyi müxtəlif mobil operatorlardan rahat istifadə etməyə imkan yaradır.
Avtonomluq və enerji yığma
3692 mAs tutumlu enerji elementi smartfondan gün ərzində enerji yığmadan istifadə etməyə imkan verir. Sürətli və simsiz enerji yığma dəstəyi enerjini qısa müddətdə bərpa etməyə kömək edir. 25 Vt enerji yığmanı dəstəkləyən USB Type-C naqili komplektasiyaya daxildir.
Əlavə imkanlar
- 5G dəstəyi yüksək internet sürəti təqdim edir.
- Bluetooth 6.0 simsiz əlavə qurğuları sürətlə qoşmağa imkan verir.
- İşıq və yaxınlıq duyğacları smartfondan istifadəni daha rahat edir.
iPhone 17 256 GB Sage modelini niyə seçməlisən?
Bu smartfon etibarlılığa, zövqlü görünüşə və müasir texnologiyalara önəm verənlər üçün uyğun seçimdir. Yüksək məhsuldarlığı, keyfiyyətli kamerası və rahat istifadəsi gündəlik ehtiyaclarını asanlıqla qarşılamağa kömək edir. Sage rəngi isə smartfona fərqli görünüş qazandırır.
iPhone 17 256 GB Sage iş, təhsil və əyləncə üçün etibarlı köməkçidir. 12 aylıq zəmanət cihazın keyfiyyətinə əlavə inam yaradır. Bu modeli seçməklə gündəlik tapşırıqlarını rahat yerinə yetirə biləcəyin müasir smartfon əldə edirsən və yeni nəsil iPhone imkanlarından hər gün yararlana bilərsən.
iPhone 17 256 GB Sage
-
Quraşdırma paketi Apple99,99 ₼






































