Məhsul təsviri - iPhone Air 256 GB Cloud White
Dizayn və materiallar
iPhone Air 256 GB Cloud White zərif və müasir görünüşü ilə seçilir. Keramika və titandan hazırlanan korpus cihazın möhkəmliyini və uzunömürlülüyünü təmin edir. Cəmi 5,64 mm qalınlığa malik korpus smartfonu yüngül edir və bir əllə rahat istifadə etməyə imkan verir. Cloud White rəngi isə cihaza müasir və zövqlü görünüş qazandırır.
Ekran və görüntü
Smartfon 6,5 düymlük Super Retina XDR OLED ekranla təchiz olunub. 1260 × 2736 piksel təsvir ölçüsü parlaq rənglər, dərin qara çalarlar və yüksək görüntü dəqiqliyi təqdim edir. Film izləmək, şəkillərə baxmaq və oyun oynamaq daha xoş olur.
Məhsuldarlıq və yaddaş
Güclü prosessor və sürətli işləmə
Cihazın əsasında altınüvəli Apple A19 Pro prosessoru işləyir. 12 GB əməli yaddaşla birlikdə bu xüsusiyyət yüksək işləmə sürəti və eyni anda bir neçə tapşırığı rahat yerinə yetirməyə imkan verir. Smartfon ünsiyyət, tətbiqlərlə işləmək və oyun oynamaq kimi gündəlik tapşırıqların öhdəsindən asanlıqla gəlir.
Bütün faylların üçün kifayət qədər yaddaş
256 GB daxili yaddaş çoxlu sayda şəkli, videonu, musiqini və sənədi əlavə yaddaş kartına ehtiyac olmadan saxlamağa imkan verir.
Kameralar və çəkiliş imkanları
- 48 MP əsas kamera avtomatik fokus və optik sabitləşdirmə sayəsində müxtəlif şəraitdə aydın və parlaq şəkillər çəkməyə imkan verir.
- 18 MP ön kamera görüntülü zənglər və özçəkilişlər üçün uyğundur.
- 4K videoçəkiliş (24, 25, 30 və ya 60 kadr/saniyə), 1080p videoçəkiliş (25, 30 və ya 60 kadr/saniyə), 720p videoçəkiliş (30 kadr/saniyə) və 1080p keyfiyyətində 120 və ya 240 kadr/saniyə ilə yavaşladılmış videoçəkiliş.
Təhlükəsizlik və istifadə rahatlığı
Məlumatların qorunması üçün üz tanıma texnologiyasından istifadə olunur. Bu imkan cihazın kilidini sürətli və təhlükəsiz şəkildə açmağa kömək edir.
Bağlantı və texnologiyalar
- 5G dəstəyi məlumatların yüksək sürətlə ötürülməsinə və sabit bağlantıya imkan verir.
- NFC vasitəsilə toxunmadan ödəniş edə və müasir xidmətlərdən istifadə edə bilərsən.
- Bluetooth 6.0 əlavə qurğuları qoşmağa və faylları gecikmə olmadan ötürməyə imkan verir.
Avtonomluq və enerji yığma
- 3149 mAs tutum smartfondan uzun müddət enerji yığmadan istifadə etməyə imkan verir.
- 45 Vt sürətli enerji yığma və simsiz enerji yığma dəstəyi cihazın enerjisini qısa müddətdə bərpa etməyə kömək edir.
- Enerji yığma və əlavə qurğuların qoşulması USB Type-C girişi vasitəsilə həyata keçirilir.
Əlavə imkanlar
- IP68 səviyyəli suya və toza davamlılıq cihazı 6 metrədək dərinlikdə 30 dəqiqəyədək qorumağa kömək edir.
- iOS 26 əməliyyat sistemi sadə idarəetmə quruluşu və müntəzəm yenilənmələr təqdim edir.
- Komplektasiyaya smartfon, USB Type-C – USB Type-C naqili və istifadə qaydaları daxildir.
iPhone Air 256 GB Cloud White keyfiyyətə, yüksək məhsuldarlığa və rahat istifadəyə önəm verənlər üçün etibarlı və zövqlü seçimdir. Müasir texnologiyalar və keyfiyyətli materialların bir araya gəlməsi bu smartfonu gündəlik istifadə üçün əla köməkçiyə çevirir. Rahatlığı və etibarlılığı seç, yeni iPhone Air ilə müasir imkanlardan hər gün yararlan.
iPhone Air 256 GB Cloud White
-
Quraşdırma paketi Apple99,99 ₼













